Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səfərov qardaşlarının cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi - Foto
 
						Səfərov qardaşlarının cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi 
							 - Foto
Əlavə olunub: 07.01.2025 | 07:57 | Baxılıb: 2041
Yekaterinburqda qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn edilməsi üçün Ağcabədiyə qardaşlarının evinə gətirilib.  

“past.az"in məlumatına görə, əvvəlcə vida mərasimi keçiriləcək, daha sonra mərhumlar valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında torpağa tapşırılacaqlar.

Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.