Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəhid anası vəfat etdi - Foto
 
						Şəhid anası vəfat etdi 
							 - Foto
Əlavə olunub: 06.28.2025 | 11:07 | Baxılıb: 2055
Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib.

“past.az” xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir şəhərində dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, R.Əhmədov 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Mingəçevir şəhər 9 saylı tam orta məktəbi bitirib. Orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2016-ci ilin aprelin 14-də düşmənin silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.

İki övladı yadigar qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.