Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəhidin adını daşıyan küçə günlərdir işıqlandırılmır - Açıqlama
 
						Şəhidin adını daşıyan küçə günlərdir işıqlandırılmır 
							 - Açıqlama
Əlavə olunub: 04.08.2025 | 12:20 | Baxılıb: 2219
İyirmi günə yaxındır ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, şəhid Samir Xudiyev küçəsində axşamlar zülmət qaranlıq olur.

Bu şikayətlə “past.az”ya sakinlər müraciət ediblər.

Sözügedən küçənin bu problemdən öncəki fotosunu redaksiyamıza göndərən sakinlər bildiriblər ki, qəsəbədə nadir hallarda belə vəziyyət yaşanır. Lakin son 20 gündə həmin küçənin işıqlandırılması, ümumiyyətlə, dayandırılıb.

Məsələ ilə bağlı Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, daxil olan müraciətdən sonra araşdırma aparılıb: “Müəyyən olunub ki, bir neçə gün öncə həmin ərazidə baş verən qəza ilə əlaqədar transformator xəttindəki işığın verilməsi “Azərişıq” ASC tərəfindən dayandırılıb. Hazırda hər iki qurum nümayəndələri ora cəlb olunub. İki qurumun birgə səyləri nəticəsində qəza aradan qaldırılır. Axşam saatlarında küçələrin işıqlandırılması bərpa ediləcək”.

Qurumdan o da qeyd edilib ki, hazırda işığın verilməsində problem yaradan bu xətt bir müddət öncə Küçə İşıqları İdarəsinə xidmətə verilib. Daha öncə isə Bakı Abadlıq Xidmətində olub.

Lamiyə Məmmədova 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.