Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəhidin anası da vəfat etdi - Foto
 
						Şəhidin anası da vəfat etdi 
							 - Foto
Əlavə olunub: 04.26.2025 | 09:20 | Baxılıb: 5483
Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib.

“past.az” xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib.

Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib.

Bir neçə il əvvəl şəhidin atası Rauf Şabanov da vəfat edibmiş.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.

Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.