Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Selin dağıtdığı körpü bərpa olunur - Fotolar
 
						Selin dağıtdığı körpü bərpa olunur 
							 - Fotolar
Əlavə olunub: 04.29.2025 | 12:39 | Baxılıb: 2242
Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.

“past.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Belə ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.

Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.