Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəmkirdə ağır qəza - 1 ölü, 3 yaralı
 
						Şəmkirdə ağır qəza 
							 - 1 ölü, 3 yaralı
Əlavə olunub: 07.09.2025 | 08:35 | Baxılıb: 1628
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“past.az"in məlumatına görə, qəza Şəmkir-Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb. 

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi “KİA Cerato” markalı avtomobili aşırdıb və nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb. 

Anar Atakişizadə və Şiştəpə kənd sakinləri - 32 yaşlı Orxan Atakişiyev və onuna eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar. 

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.