Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Serialdakı sevgililərinə evlilik təklif etdiyi yerdə toyu olacaq - Fotolar
 
						Serialdakı sevgililərinə evlilik təklif etdiyi yerdə toyu olacaq 
							 - Fotolar
Əlavə olunub: 06.24.2025 | 13:45 | Baxılıb: 6534
Türkiyənin tanınmış aktyor və müğənnisi Feyyaz Şerifoğlu “Kanal D”nin aparıcısı Merve Dinçkolla evlənir.

“past.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 29-da ailə həyatı quracaq cütlüyün toy etmək üçün seçdiyi məkan diqqət çəkib. 

Belə ki, ikili mərasim üçün “Kemer Country”ni seçib. Hansı ki, bu məkan aktyorun həm “Camdakı Kız”ın Nalanına (Burcu Biricik), həm də ən son rol aldığı “Aşkı Hatırla”da Güneşə (Hande Erçel) evlilik təklifi etdiyi yerdir. 

Feyyaz toy şahidlərinin Ajda Pekkan olmasını istədiyini də bildirib. 

Xatırladaq ki, cütlük 4 ildir sevgilidir. 33 yaşlı Feyyaz 39 yaşlı sevgilisi Merveyə evlilik təklifini İtaliyada etmişdi. 




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.