Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sərnişinləri qapıdan asılı vəziyyətdə daşıdı - Video
 
						Sərnişinləri qapıdan asılı vəziyyətdə daşıdı 
							 - Video
Əlavə olunub: 04.02.2025 | 10:04 | Baxılıb: 1566
Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişindaşıma xidməti göstərən 41 saylı marşrut avtobusunun təhlükəli şəraitdə hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

“past.az” xəbər verir ki, video paylaşan jurnalist Qafar Ağayev “İsuzu” markalı avtobusun tamamilə dolduğunu və bir neçə sərnişinin açıq qapıdan asılı vəziyyətdə hərəkət etdiyini bildirib.

O, hadisənin bu gün Binəqədi qəsəbəsi ərazisində baş verdiyini əlavə edib.

Sürücünün nəqliyyat vasitəsini bu şəraitdə idarə etməsinin təhlükəli olması bildirilməklə yanaşı, bəzi sərnişinlərin öz həyatlarını riskə atması da sosial şəbəkədə narazılıqla qarşılanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.