Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şimşək çaxır, yağış yağır - Faktiki hava
 
						Şimşək çaxır, yağış yağır 
							 - Faktiki hava
Əlavə olunub: 04.25.2025 | 19:35 | Baxılıb: 3689
Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “past.az”ya verilən məlumata görə, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Belə ki, Daşkəsən, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Şəmkir, Ağstafa, Qax, Tovuz, Sədərək, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl və Mingəçevirdə şimşək çaxır, arabir yağış yağır.

Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Ağdamda 24, Tərtər və Goranboyda 23, Culfada 22, Şəki və Kəlbəcərdə 20, Gəncə və Xınalıqda 16 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 31, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.