Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Slovakiya Bakıdakı DÇ-də 15 qol vurub qalib gəldi
 
						Slovakiya Bakıdakı DÇ-də 15 qol vurub qalib gəldi
Əlavə olunub: 05.21.2025 | 15:37 | Baxılıb: 2007
Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.

“past.az” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialda daha bir qarşılaşma yekunlaşıb.

D qrupunda Slovakiya və Hindistan yığmaları üz-üzə gəlib. Matç slovakiyalıların 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün daha 3 matç gerçəkləşəcək. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

DÇ-2025
I tur
A qrupu

20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya

B qrupu

Fransa - Çad - 1:0
21:45. Rumıniya - Özbəkistan

C qrupu

Macarıstan - Türkiyə - 1:1
Ukrayna - İngiltərə - 0:4

D qrupu

Bolqarıstan - Portuqaliya - 1:3
Slovakiya - Hindistan - 15:0

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.