Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq
 
						Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq
Əlavə olunub: 03.11.2025 | 14:48 | Baxılıb: 7554
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

“past.az” Oxu.az-a istinadən xəbər verir ki, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.