Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Taekvando Federasiyasının baş katibi istefa verdi
 
						Taekvando Federasiyasının baş katibi istefa verdi
Əlavə olunub: 06.21.2025 | 10:39 | Baxılıb: 1342
Azərbaycan Taekvando Federasiyasının baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb.

“past.az"in əldə etdiyi məlumata görə, o, öz istəyi ilə istefa verib.

Federasiyadan saytımıza məlumatı təsdiq ediblər.

Baş katiblə yanaşı komandanın həkimi Ruslan Şərifov da komandadan gedib. O da öz xahişi ilə işindən ayrılıb.

Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə federasiyadan getdiyi bildirilir. Federasiya isə bu məlumatı təkzib edib.

Qeyd edək ki, Rüstəm Bağırlı iki il öncə Azərbaycan Taekvando Federasiyasının baş katibi təyin edilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.