Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tailandda güclü zəlzələyə görə məktəbləri bağladılar
 
						Tailandda güclü zəlzələyə görə məktəbləri bağladılar
Əlavə olunub: 03.28.2025 | 14:29 | Baxılıb: 3994
Bu gün Tailandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

“past.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Phethonqthan Çinavat məlumat verib:

“Bütün dövlət qurumları məlumatlandırılıb və məktəblərə uşaqları erkən evə göndərmək tapşırılıb. Hökumət həmçinin növbəti 24 saat ərzində daha çox yeraltı təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib”.

Tailandın Fəlakətlərin Qarşısının Alınması Departamenti zəlzələnin ölkənin demək olar ki, bütün bölgələrində hiss edildiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.