Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tarixi sazişi imzaladılar
 
						Tarixi sazişi imzaladılar
Əlavə olunub: 05.01.2025 | 02:25 | Baxılıb: 4176
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıb.

“past.az” UNIAN-a istinadən xəbər verir ki, Ukrayna Baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko məlumatı təsdiqləyib.

“Mən ABŞ-nin maliyyə naziri Skott Bessant ilə birlikdə ABŞ-Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında Saziş imzaladım”, - deyə, o qeyd edib.

Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib ki, Ukrayna hökuməti təbii ehtiyatlar üzrə Saziş çərçivəsində ABŞ ilə İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında Sazişin imzalanması üçün zəruri olan qərarlar qəbul edib.

Ukrayna hökumətinin başçısı bu sazişin əsasında duran beş əsas prinsipi sadalayıb:

- Bərabərlik: İnvestisiya fondu 50/50 əsasında yaradılır və hər iki tərəf bərabər səs hüququna malikdir;

- Nəzarətin saxlanması: Ukrayna yerin təki, infrastruktur və təbii ehtiyatlar üzərində tam nəzarəti özündə saxlayır;

- Borclar deyil, yeni investisiyalar: Saziş Ukrayna tərəfdən heç bir borc öhdəliyini nəzərdə tutmur;

- Zəmanətli investorlar və alıcılar: Fond layihələrə sərmayə qoyacaq və məhsulların kommersiya məqsədli alınmasına zəmanət verəcək;

- Avrointeqrasiya kursuna uyğunluq: Saziş Ukraynanın Avropa Birliyinə üzvlük əldə etməsinə maneə yaratmayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.