Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tbilisidə yaşayan Aytacdan 7 gündür xəbər yoxdur - Video
 
						Tbilisidə yaşayan Aytacdan 7 gündür xəbər yoxdur 
							 - Video
Əlavə olunub: 04.08.2025 | 10:16 | Baxılıb: 5455
Tbilisidə yaşayan 21 yaşlı azərbaycanlı Aytac Məmmədova itkin düşüb.

“past.az” Baku TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 1-i axşam saatlarında baş verib.

Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Kosalı kəndindən olan Aytacın Tbilisi Dövlət Universitetinin II kurs tələbəsi olduğu bildirilir. O, təhsil aldığına görə paytaxtda yaşayıb.

Anasının sözlərinə görə, qızı ilə son telefon danışıqları dostunun doğum gününə getməsi barədə olub.

Qeyd edək ki, Tbilisidə Kür çayının sahilində Aytacın telefonu, çantası və ayaqqabısı aşkarlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, A.Məmmədovanın axtarışları davam etdirilir.

Daha ətraflı süjetdə:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.