Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
TƏBİB-dən Sabirabadda ölən körpələrlə bağlı - Açıqlama
 
						TƏBİB-dən Sabirabadda ölən körpələrlə bağlı 
							 - Açıqlama
Əlavə olunub: 03.31.2025 | 14:17 | Baxılıb: 3567
TƏBİB Sabirabadda bayram günlərində ölən körpələrlə bağlı məlumat yayıb.

“past.az” xəbər verir ki, məlumatda deyilir:

“Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.

Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Digər 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə 28.03.2025-ci il tarixində saat 21:10 radələrində tibb müəssisəsinə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub”.

Qeyd edilib ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.