Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Təcridxanada saxlanılan 40 yaşlı kişi öldü
 
						Təcridxanada saxlanılan 40 yaşlı kişi öldü
Əlavə olunub: 06.30.2025 | 13:14 | Baxılıb: 2409
Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.

“past.az” xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.