Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Təkcə bir kartdan 13 665 manat oğurlandı
 
						Təkcə bir kartdan 13 665 manat oğurlandı
Əlavə olunub: 05.01.2025 | 10:45 | Baxılıb: 2972
Aprelin 30-u vətəndaşların bank kartlarından 30 716 manat talanıb.

“past.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 13 665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodunu digər şəxslərə verməməyə, şirnikləndirici zənglərə aldanmamağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.