Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Təkcə “Pembe” partiyə dəvət olunmadı - Video
 
						Təkcə “Pembe” partiyə dəvət olunmadı 
							 - Video
Əlavə olunub: 05.14.2025 | 16:18 | Baxılıb: 3071
Türkiyənin məşhur “Kızılcık şerbeti” serialının komandası 100-cü bölüm münasibətilə ötən axşam parti təşkil edib.

“past.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, lakin ziyafətdə serialda 3 mövsüm, 96-cı bölümə qədər “Pembe” obrazını canlandıran Sibel Taşçıoğlu iştirak etməyib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Taşçıoğlu məsələ ilə bağlı açıqlamasında şənliyə dəvət olunmadığını bildirib: “Bəli, ziyafətə dəvət edilməmişəm. Hər kəsin “Pembe”ni axtarmasını da anlayıram. Amma mənim üçün o dəftər artıq bağlanıb”.

Qeyd edək ki, S. Taşçıoğlunun digər ssenarist Melis Civelekin qızı, “Nilay” obrazına həyat verən Feyza Civeleklə qalmaqal yaşadığı üçün serialdan uzaqlaşdırıldığı bildirilir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.