“past.az” xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.
Bu gecə keçirilən ilk yarımfinal mərhələsində ölkəmizi “Mamagama” qrupu təmsil edir.
İştirakçılarımız “Run With U” mahnısı ilə 10-cu nömrə altında səhnədə çıxış edəcək.
***
Təmsilçimiz “Mamagama” ilk yarımfinal mərhələsindəki çıxışını uğurla başa vurub. Qrupun səhnəyə sazla çıxması maraqla qarşılanıb:
***
“Avroviziya-2025”in ilk finalçıları bəlli olub. Azərbaycan təmsilçisi “Mamagama” qrupu final mərhələsinə adlaya bilməyib.
İlk finalçıları təqdim edirik:
1. Norveç
2. Albaniya
3. İsveç
4. İslandiya
5. Niderland
6. Polşa
7. San-Marino
8. Estoniya
9. Portuqaliya
10. Ukrayna