Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“TikTok”da başlayan mübahisə qanla bitdi - 17 yaşlı oğlan bıçaqlandı
 
						“TikTok”da başlayan mübahisə qanla bitdi 
							 - 17 yaşlı oğlan bıçaqlandı
Əlavə olunub: 03.24.2025 | 23:23 | Baxılıb: 4001
Gəncədə yeniyetmə bıçaqlanıb.

“past.az” İctimai TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsi yaxınlığında baş verib.

İlkin məlumata görə, 17 yaşlı T.Əsgərov “TikTok”da mübahisə etdiyi şəxs tərəfindən bıçaq xəsarətləri alıb. 

Yeniyetmə “kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.