Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Timur İvanova hökm oxundu
 
						Timur İvanova hökm oxundu
Əlavə olunub: 07.01.2025 | 16:57 | Baxılıb: 3261
Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanova hökm oxunub.

“past.az” “Kommersant”a istinadən xəbər verir ki, o, oğurluq və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına görə 13 il müddətə azadlıqdan məhrum edilib. Bundan əlavə, 100 milyon rubl cərimələnib.

Xatırladaq ki, T. İvanov ötən ilin aprelində 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdi.

O, Kerç bərəsi üçün iki bərə alınması zamanı mənimsəmədə ittiham olunurdu. İş materiallarına görə, İvanov 2015-ci ilin aprel-iyun aylarında əlaltıları ilə birlikdə “Tourinvest Services Limited” şirkəti vasitəsilə 12,4 milyon avroya bərə alıb. Daha sonra o, şərikləri ilə birlikdə dövlətdən aldığı eyni vəsait hesabına gəmiləri şirkətdən alıb. Zərərin məbləği 216,6 milyon rubla çatıb. Onlar, həmçinin şirkətin lisenziyasının ləğvini gözləyərək “İnterkommerts” bankından 44,9 milyon avro (o vaxt 3,92 milyard rubl) mənimsəyiblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.