Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tom Kruz buna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video
 
						Tom Kruz buna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü 
							 - Video
Əlavə olunub: 06.06.2025 | 13:55 | Baxılıb: 2524
Hollivud ulduzu Tom Kruz yanan paraşütlə ən çox tullanan şəxs kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“past.az” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bir gün əvvəl “Paramount Pictures”in rəsmi kanalında 63 yaşlı Tom Kruzun “Qeyri-mümkün missiya: Final hesab” filminin çəkiliş meydançasında yanan paraşütlə 16 tullanış etməsini əks etdirən video yayımlanıb. Uçuş zamanı aktyor kameranın düzgün mövqeyinə və paraşütün fırlanmamasına da nəzarət edib.

Qeyd edək ki, sözügedən filmin ötən həftədən nümayişinə başlanılıb və artıq dünya üzrə 360 milyon dollar gəlir əldə edərək, 200 milyon dollarlıq debütlə franşizanın rekordunu qırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.