Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Traktor” bu gün çempion ola bilər
 
						“Traktor” bu gün çempion ola bilər
Əlavə olunub: 05.02.2025 | 10:25 | Baxılıb: 1660
Təbrizin “Traktor” klubu bu gün İran Pro Liqasında növbəti oyununa çıxacaq.

“past.az” xəbər verir ki, çempionluğa əsas namizəd olan komanda səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gələcək. Onlar bu matçda qələbə qazansa və ən yaxın izləyicisi “Speahan” paralel keçirilən  “Qol Qohar”la oyunda uduzusa, çempion olacaqlar. Çünki rəqibin “Traktor”a çatmaq şansı qalmayacaq. 

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, “Traktor” hazırda turnir cədvəlində liderdir. Komanda 61 xal toplayıb. Onların ən yaxın izləyicisi “Sephan”ın isə 56 xalı var. Təbriz klubunun çempion olmaq üçün 4 xala ehtiyacı var. Qarşıdakı 3 oyundan 4 xal əldə olunsa, “Traktor” İran çempionatının qızıl medallarına sahib çıxacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.