Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampdan Harvard universitetinə sanksiya
 
						Trampdan Harvard universitetinə sanksiya
Əlavə olunub: 04.16.2025 | 00:08 | Baxılıb: 3041
ABŞ Prezidenti Donald Tramp Harvard Universitetindəki vəsaitləri dondurmaq qərarı alıb.

“past.az” xəbər verir ki, Tramp məşhur universitetə sanksiya tətbiq etməsinin səbəbi kimi təhsil ocağının “antisemitist addımlar atdığı”nı əsas gətirib.

Ağ Evin sözçüsü Kerolayn Livit isə mətbuat konfransında Tramp administrasiyası ilə Harvard Universiteti arasında artan fikir ayrılığı ilə bağlı açıqlama verib və deyib ki, Harvard və digər aparıcı universitetlər “antisemitizm yuvası”na çevrilib:

“Aydın məsələdir ki, bu universitetlər federal qanunlara əməl etməlidir. Prezident Tramp həm də Harvarddan üzr gözləyir. Bəli! Harvard universiteti şəhərciyində yəhudi-amerikalı tələbələrə qarşı apardığı antisemitizmə görə üzr istəməlidir”.

Livitin sözlərinə görə, təkcə yəhudi tələbələrə deyil, heç bir dinə mənsub şəxslərə qarşı ayrı-seçkilik qəbuledilməzdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.