Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyə millisində ciddi itkilər
 
						Türkiyə millisində ciddi itkilər
Əlavə olunub: 06.03.2025 | 07:37 | Baxılıb: 1737
Türkiyə millisinin heyətində ciddi itkilər var.

“past.az” “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir ki, “Trabzonspor”un qapıçısı Uğurcan Çakır, “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu və “Beşiktaş”ın hücumçusu Mustafa Hekimoğlu heyətdən kənarlaşdırılıb. 

Bildirilib ki, hər üç futbolçu zədəlidir.

Baş məşqçi Vinçenso Montella “Qalatasaray”ın yarımmüdafiəçisi Ahmed  Kutucunu heyətə daxil edib.

Qeyd edək ki, Türkiyə millisi ABŞ-də toplanış keçəcək. “Ay-ulduzlular” burada ABŞ millisi ilə, daha sonra Meksika ilə yoxlama oyununda üz-üzə gələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.