Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyə millisinin sabiq üzvü futboldan kənarlaşdırıldı
 
						Türkiyə millisinin sabiq üzvü futboldan kənarlaşdırıldı
Əlavə olunub: 05.03.2025 | 16:57 | Baxılıb: 2400
Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Alper Potuk cəzalandırılıb. 

“past.az” xəbər verir ki, bu barədə Şimali Makedoniya Futbol Federasiyası məlumat yayıb.

Sözügedən ölkənin “Qostivar” klubunda çıxış edən 34 yaşlı vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Belə ki, kapitan Alper Potuk “Qostivar” - “Rabotniçki” matçında hakim qərarlarına etiraz etmək məqsədilə komandaya oyun başa çatmazdan əvvəl meydandan çıxmaq, paltardəyişmə otağına getmək göstərişi 
verib. Federasiya isə 34 yaşlı futbolçunun bu hərəkətini ağır cəzalandırıb.

Həmin klubun türk prezidenti Enes Usta da eyni cəzanı alıb. 

“Qostivar”a isə texniki məğlubiyyət verilib və aktivindəki 9 xal silinib. Hazırda komanda 48 xalla 4-cüdür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.