Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə avtobus aşdı - 20 yaralı var + Foto
 
						Türkiyədə avtobus aşdı 
							 - 20 yaralı var + Foto
Əlavə olunub: 04.04.2025 | 05:52 | Baxılıb: 1037
Türkiyənin Çankırı şəhərində gecə saatlarında qəza baş verib.

“past.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çankırı-Ankara avtomobil yolunda fabrik işçilərini daşıyan avtobus aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Hadisə yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları cəlb olunub. İlkin tibbi yardımdan sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara aparılıb.

Qəzaya səbəbin sürücünün idarəetməni itirməsi olduğu deyilir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.