Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə meşə yanğını başladı
 
						Türkiyədə meşə yanğını başladı
Əlavə olunub: 06.27.2025 | 19:18 | Baxılıb: 1149
Türkiyənin Sakarya şəhərində meşəlik ərazidə güclü yanğın başlayıb.

“past.az” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, meşəlik ərazidə başlayan yanğın böyüyərək yaxınlıqdakı üç kənd və iki məhəlləyə doğru yayılıb.

Məlumata görə, hazırda yanğına müdaxilə davam edir.

Ərazidəki evlər boşaldılıb. Geyve mahalının Aydınlar məhəlləsində təxminən 20 evin və Çamlık məhəlləsində 5 evin sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.