Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
UEFA PSJ-ni cəzalandıracaq
 
						UEFA PSJ-ni cəzalandıracaq
Əlavə olunub: 06.01.2025 | 17:00 | Baxılıb: 4060
UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı qələbə zamanı və oyundan sonra PSJ azarkeşlərinin davranışına görə Paris klubunu cəzalandıracaq. 

“past.az” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Fransa təmsilçisinin azarkeşləri həlledici oyunda fişənglər yandırıblar. UEFA-nın qaydalarına əsasən, fişənglərin istifadəsi qəti qadağandır. Bundan əlavə, oyundan sonra azarkeşlərin kütləvi şəkildə meydana daxil olması səbəbilə futbolçular meydanı vaxtından əvvəl tərk edib paltardəyişmə otağına yollanmalı olublar.

Həmçinin, oyundan əvvəl hər iki komandanın azarkeşləri arasında insidentlər yaşanıb. UEFA-nın İntizam Məcəlləsinə əsasən, klublar stadion ətrafında oyun öncəsi və sonrası daxil olmaqla azarkeşlərin davranışına görə məsuliyyət daşıyır. 

Əgər insidentlərin finalın keçirildiyi stadionun yaxınlığında baş verdiyi sübut olunarsa, “İnter” klubu da cəzalandırıla bilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.