Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
UFC-ni “İdman TV” yayımlayacaq
 
						UFC-ni “İdman TV” yayımlayacaq
Əlavə olunub: 06.20.2025 | 11:11 | Baxılıb: 2394
Xəbər verdiyimiz kimi, sabah Bakıda dünyanın ən böyük idman yarışlarından biri “UFC Open” döyüş gecəsi təşkil olunacaq.

“past.az"in məlumatına görə, yarışı “İdman TV” canlı yayımlayacaq. 

Şərhçilər isə Tural Məmmədli və Siyavuş Əliyev olacaq. Onlarla birlikdə yarışda iştirak edəcək Tofiq Musayevin məşqçisi İbrahim Məmmədliyev də şərhçilər arasında olacaq.  

Qeyd edək ki, tədbir iyunun 20-00-da start götürəcək. Gecənin əsas döyüşü Camal Hill və Halil Rauntri arasında keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.