Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
UFC ulduzları Bakıya gəlir
 
						UFC ulduzları Bakıya gəlir
Əlavə olunub: 05.16.2025 | 17:20 | Baxılıb: 1684
UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək. 

“past.az” xəbər verir ki, Maykl Bisping, Brendon Fitzcerald və Pol Felder 21 iyun tarixində “Baku Crystal Hall”da baş tutacaq turnirin rəsmi şərhçiləri olacaqlar.

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.

Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin co-main eventi isə Azərbaycan təmsilçisi Rafael Fiziev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.