Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ülvi Məmmədov Avropa çempionatında gümüş medal qazandı - Video
 
						Ülvi Məmmədov Avropa çempionatında gümüş medal qazandı 
							 - Video
Əlavə olunub: 05.19.2025 | 15:20 | Baxılıb: 1273
Azərbaycanlı karateçi Ülvi Məmmədov mayın 15-dən 18-dək Rumıniyanın Tarqu Mureş şəhərində baş tutan Avropa çempionatında iştirak edib.

“past.az” xəbər verir ki, idmançı yarışda gümüş medal qazanıb. 

Qeyd edək ki, Ülvi Məmmədov karatenin Şotokan üslubu üzrə 2-ci dan qara kəmər sahibidir. O, 2022-ci ildə karatenin Şotokan üslubu üzrə Çexiyanın Pardubitse şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. Həmçinin 2023-cü ildə Bolqarıstanın Kranevo şəhərində Avropa çempionu olub. 

Ü.Məmmədov sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.