Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ümit Karan həbs edilib? - Yenilənib
 
						Ümit Karan həbs edilib? 
							 - Yenilənib
Əlavə olunub: 05.07.2025 | 16:01 | Baxılıb: 7792
“Qalatasaray”ın və Türkiyə milli komandasının sabiq üzvü Ümit Karan həbs olunub.

“past.az” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Veteran hücumçu təcavüzdə ittiham olunub.

Məhkəmə Ümid Karan barəsində 1 il 8 ay həbs qərarı çıxarıb. 48 yaşlı sabiq hücumçu “Metris” həbsxanasına göndərilib.

***

Ümit Karan həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

“2015-ci ildən bir cinayət işim var idi. Vəkillərlə birlikdə məhkəmədə lazım olan prosedurları etdim. Hazırda həbsdə deyiləm. Yalan xəbərlər yazmaq lazım deyil”, - sabiq futbolçu haqqında çıxan xəbərləri təkzib edib.

Qeyd edək ki, Ümid Karan 2001-2005 və 2005-2009-cu illərdə “Qalatasaray”ın formasını geyinib. O, Türkiyə yığmasının heyətində 10 oyun keçirib və 1 qol vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.