Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Velosipedlə vurulan kişi 2 həftə sonra öldü
 
						Velosipedlə vurulan kişi 2 həftə sonra öldü
Əlavə olunub: 06.25.2025 | 16:20 | Baxılıb: 1485
İsmayıllıda iki həftə əvvəl xəsarət almış şəxs vəfat edib.

“past.az” xəbər verir ki, iyunun 11-də İsmayıllı şəhəri ərazisində Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.

Yerə yıxılan S.Eyyubov həmin vaxt başından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş şəxs iyunun 24-ü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.