Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “past.az”ya bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.
“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - rəsmi məlumatda vurğulanıb.