Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış
 
						Vətəndaşları aldadıb 87 min manat oğurladılar 
							 - DİN-dən çağırış
Əlavə olunub: 04.09.2025 | 10:15 | Baxılıb: 2007
Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 87 min manat pulu oğurlanıb.

“past.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlara məxsus 20 000, 17 000, 16 000, 15 000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bildirilib ki, kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir: “Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda, bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Xatırladaq ki, DİN-in məlumatına görə, aprelin 7-si isə kartlardan 67 min manat oğurlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.