Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xamenei İran xalqını təbrik etdi
 
						Xamenei İran xalqını təbrik etdi
Əlavə olunub: 06.26.2025 | 14:46 | Baxılıb: 5054
İranın ali dini lideri Ayətulla Seyid Əli Xamenei xeyli vaxt sonra paylaşım edib.

“past.az” xəbər verir ki, o, “X” hesabında İran xalqını İsrail üzərindəki qələbə münasibətilə təbrik edib.

İranın İsrailə ağır zərbələr endirdiyini qeyd edən dini lider müharibənin qələbə ilə bitdiyini deyib: “ABŞ-nin bu müharibədən heç bir qazancı olmadı. ABŞ İsrailin yox olacağını düşündüyü üçün bu müharibəyə daxil oldu. İran ordusu İsrailin çoxmərhələli hava hücumundan müdafiə sistemini dəf edərək onları vurmağı bacardı”, - deyə Xamenei videomüraciətində deyib.

Qeyd edək ki, 2 həftəyə yaxındır Xameneinin harada olması böyük maraq doğurub. Bəzi mənbələr atəşkəsin əldə olunmasına baxmayaraq, ali dini liderin hələ də hədəf olduğunu iddia edirlər.

Xatırladaq ki, 13 iyunda səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksəkrütbəli hərbçi, generallar, nüvə alimləri və başqa rəsmilər ölüb. İyunun 24-nə keçən gecə ABŞ-nin dəstəyi ilə atəşkəs əldə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.