Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xəsarət alan məktəblinin vəziyyəti - Açıqlandı
 
						Xəsarət alan məktəblinin vəziyyəti 
							 - Açıqlandı
Əlavə olunub: 04.25.2025 | 12:44 | Baxılıb: 3673
Bir neçə gün öncə Gəncə şəhərində baş verən insident  zamanı xəsarət alan məktəblinin vəziyyəti açıqlanıb. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “past.az"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“Aprelin 22-də 2009-cu il təvəllüdlü oğlan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Aprelin 23-də pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıya - Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

KTM-in Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabildir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, şəhərin Yeni Gəncə yaşayış massivində baş verən hadisə zamanı Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü F.Q., 2010-cu il təvəllüdlü A.H. və R.H. müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.