Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“XS lounge”dan şikayətlə bağlı tədbir görüldü
 
						“XS lounge”dan şikayətlə bağlı tədbir görüldü
Əlavə olunub: 03.12.2025 | 15:15 | Baxılıb: 2093
Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonundakı “XS lounge” gecə əyləncə mərkəzindən yayılan səs-küy ətrafda yaşayan vətəndaşların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov “past.az”ya bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

“Sakinlərin “XS lounge” gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb. Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb və obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb”, - DİN rəsmisi əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.