Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yağıntılarla bağlı növbəti - Xəbərdarlıq
 
						Yağıntılarla bağlı növbəti 
							 - Xəbərdarlıq
Əlavə olunub: 04.15.2025 | 16:01 | Baxılıb: 5222
Aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi, şimşək çaxacağı ehtimalı var.

“past.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Yağıntıların aprelin 17-si səhər kəsiləcəyi qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.