Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yağış yağacaq, şimşək çaxacaq
 
						Yağış yağacaq, şimşək çaxacaq
Əlavə olunub: 04.08.2025 | 12:51 | Baxılıb: 6119
Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “past.az”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% proqnozlaşdırılır.

Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.