Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yanğına görə bu yolda hərəkət məhdudlaşdırıldı - Fotolar
 
						Yanğına görə bu yolda hərəkət məhdudlaşdırıldı 
							 - Fotolar
Əlavə olunub: 04.15.2025 | 17:14 | Baxılıb: 3837
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasındakı yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 

“past.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsindən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.