Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü
 
						“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü
Əlavə olunub: 04.19.2025 | 23:55 | Baxılıb: 8671
Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb. 

“past.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa daha sonra biləklərini kəsərək rəfiqəsinin evindən qaçıb.

Polis bölgədəki təhlükəsizlik kameralarını araşdırdıqdan sonra tez bir müddətdə aktrisanı saxlayıb.

Sevil Akdağ polisə verdiyi ilk ifadəsində “Səbəbsiz yerə mübahisə etdik, çox sərxoş idim və nə baş verdiyini dəqiq xatırlamıram. Qorxdum və qaçdım”, - deyib.

Qeyd edək ki, S. Akdağ “Yasak Elma”, “Arka Sokaklar”, “Tutunamayanlar”, “Kardeşlerim” və s. kimi seriallarda yer alıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.