“past.az"in məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Xaldan qəsəbəsi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşınının qarşıda gedən motobloka çırpılması nəticəsində motoblokun sürücüsü, rayonun Hacıselli kənd sakini Hacıbala Kazımov və onun həyat yoldaşı Fəxriyyə Kazımova ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hakimlərin apardığı təxirəsalınmaz tədbirlərə baxmayaraq, F.Kazımovanın həyatını xilas etmək mümkün olmayıb.
Sürücü H.Kazımov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı