Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yutubda yayımlanmayacaq
 
						Yutubda yayımlanmayacaq
Əlavə olunub: 04.19.2025 | 09:24 | Baxılıb: 11380
Türkiyənin məşhur aktyorları - Çağatay Ulusoy və Demet Özdemirin baş rolları oynadıqları “Eşref Rüya” serialını yutub üzərindən izləmək mümkün olmayacaq. 

“past.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial 5-ci bölümündən etibarən yutubda yayımlanmayacaq. 

Qısa müddətdə böyük izləyici kütləsi toplayan ekran işi təkcə ilk üç bölümü ilə yutubda 53 milyon izlənilib. 

4-cü bölümü ilə sonuncu dəfə yutubda yayımlanacaq serialın tamaşaçıları növbəti bölümü artıq sadəcə televiziya ekranlarından izləyə biləcəklər. Belə ki, “Eşref Rüya” hər çərşənbə axşamı “Kanal D” ekranlarında yayımlanır. 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.