“past.az” xəbər verir ki, mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 15 media qurumunun nümayəndəsi yer alıb.
Qeyd edək ki, Zabuxçay su anbarının tikintisinə Azərbaycan Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Qubadlı və Zəngilan rayonlarında yerləşən, ümumilikdə 12 100 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən anbarın ümumi tutumu 27 milyon kub metr təşkil edir.