Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelim Kotsoyev bürünc medal görüşünə çıxacaq - Yenilənir
 
						Zelim Kotsoyev bürünc medal görüşünə çıxacaq 
							 - Yenilənir
Əlavə olunub: 06.18.2025 | 15:55 | Baxılıb: 3282
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

“past.az” xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq.

Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə 13:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Hələlik cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.

***

Zelim Kotsoyev ilk görüşündə italiyalı Cenarro Pirelliyə ipponla qalib gəlib. 

***

Zelim Kotsoyev 1/8 finalda qazaxıstanlı Baykamurova ipponla qalib gəlib. 

***

Z.Kotsoyevin növbəti rəqibi Rusiyanı təmsil edən erməni idmançı Arman Adamyan olacaq. 

***

Olimpiya çempionu Arman Adamyana məğlub olub. O, təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə qalib gəlib və bürünc medal uğrunda görüşə çıxacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.