Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Zirə” gümüş medalları təmin etdi
 
						“Zirə” gümüş medalları təmin etdi
Əlavə olunub: 05.02.2025 | 22:02 | Baxılıb: 1441
Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.

“past.az” xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Salifu Sumanın 48-ci dəqiqədə vurduğu qol bakılılara qələbə qazandırıb - 1:0.

Bununla da Rəşad Sadıqovun komandası ardıcıl ikinci mövsümdə 67 xalla sona 3 tur qalmış Premyer Liqada ikinciliyi təmin edib.

Qeyd edək ki, “Şamaxı” – “Səbail”, “Araz-Naxçıvan” – “Sabah” oyunları sabah, “Qarabağ” – “Sumqayıt” və “Neftçi” – “Kəpəz” matçları isə mayın 4-də keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.