Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Zirə”nin Avrokubok matçının vaxtı dəyişdirildi
 
						“Zirə”nin Avrokubok matçının vaxtı dəyişdirildi
Əlavə olunub: 06.20.2025 | 11:14 | Baxılıb: 971
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin Bakıda “Hayduk”la (Xorvatiya) keçiriləcək oyununun vaxtı dəyişdirilib.

“past.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 24-də yox, 23-də keçiriləcək. Buna səbəb iyulun 24-də Bakıda “Araz-Naxçıvan”ın da Konfrans Liqası matçının olmasıdır. UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərdə iki oyun keçirilə bilməz. Buna görə də “Zirə”nin matçı bir gün əvvələ dəyişdirilib.

Oyun “Neftçi Arena”da keçiriləcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Xorvatiyada olacaq.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.